“Vətəndaş jurnalistikası nədir, mən bilmirəm” - Deputat

Bu gün “vətəndaş jurnalistikası” anlayışı var. Bu nədir, mən bilmirəm.
Bunu Crossmedia.az saytına verdiyi müsahibədə Milli Məclisin deputatı, yazıçı Aqil Abbas deyib:
“Jurnalistika elmdir. Jurnalistika fakültəsində 5 il oxumaq belə insanı jurnalist kimi yetişdirə bilmir. Gərək sonra praktika da olsun, işləsin və elə öyrənsin. Amma heç orta təhsili olmayan insanlar vətəndaş jurnalistikası ilə məşğul olur. Bəlkə də bu anlayış daha gözəldi, daha yaxşıdı. Amma mən başa düşmürəm. Jurnalistika cəmiyyəti formalaşdıran, cəmiyyətə yön verən, cəmiyyətdəki nöqsanları tapıb üzə çıxaran, onun həlli yollarını göstərən bir sahədir”.
Ayhan
13:53 15.07.2025
Oxunuş sayı: 854