Rusiyalı Deputat: Rusiya ilə Ermənistan və Azərbaycan arasındakı son gərginliklər Zəngəzur dəhlizi ilə bağlıdır

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin bildirib ki, Rusiya ilə Ermənistan və Azərbaycan arasındakı münasibətlərdəki son gərginliklər Zəngəzur dəhlizi ilə bağlı ola bilər və bu proseslər “koridor məntiqi” ilə izah edilə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə RTVI telekanalı məlumat yayıb.
Onun fikrincə, bu məsələ ilə bağlı moskvanın razılığının alınmaması üçün Bakı və İrəvan tərəfindən gərginliklər süni şəkildə artırıla bilər
Zatulin həmçinin xatırladıb ki, əvvəllər Zəngəzur dəhlizinin yaradılması halında bu marşrutun Rusiya tərəfindən nəzarət olunacağı nəzərdə tutulurdu. Lakin indi nə Ermənistanda, nə də Azərbaycanda bu məsələyə ciddi yanaşma var. Parlament üzvünün sözlərinə görə, bu, Moskvanın prosesdən kənarda saxlanılması üçün düşünülmüş yanaşma ola bilər.
Fidan Qarayeva
00:18 15.07.2025
Oxunuş sayı: 846