Alimlər xərçənglə mübarizənin innovativ metodunu kəşf edib

1-ci tip sadə herpes virusu (HSV-1) xərçəngə qarşı güclü silaha çevrilə bilər. IGNYTE adlı beynəlxalq klinik tədqiqatın nəticələri göstərir ki, genetik modifikasiya olunmuş HSV-1 irəliləmiş melanomaya – dəri xərçənginin ən aqressiv formalarından birinə – qarşı effektiv mübarizə apara bilir.
Crossmedia.az xəbər verir ki, tədqiqat “Journal of Clinical Oncology” jurnalında dərc olunub.
Sınaqlarda standart immunoterapiyaya cavab verməyən melanomalı 140 pasiyent iştirak edib. Alimlər HSV-1 virusunun RP1 formasına qədər dəyişdirilmiş variantını “nivolumab” adlı preparatla birgə tətbiq ediblər.
Pasiyentlərin üçdə birində şişlər azı 30 faiz kiçilib, altıda birində isə tamamilə yox olub. Ən önəmlisi isə odur ki, təsir inyeksiya olunmayan şişlərə də yayılıb, bu isə müalicənin sistemli təsirə malik olduğunu göstərir.
13:47 14.07.2025
Oxunuş sayı: 637