Ermənistan Nazirlər Kabineti Bakı və İrəvanın konsensus əldə etdiyi məsələləri açıqlamaq niyyətindədir

Ermənistan Nazirlər Kabineti Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilmiş son danışıqların bəzi detallarını, konsensus əldə edilən məsələləri açıqlamağı vəd edib.
Crossmedia.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Baş nazirin aparatının rəhbərinin müavini Taron Çaxoyan bildirib.
O qeyd edib ki, yaxın vaxtlarda bəyanatlar səsləndiriləcək və bəzi mötərizələr açılacaq.
12:37 14.07.2025
Oxunuş sayı: 802