BDU və bu Mərkəz əməkdaşlıq memorandumu imzalayıb

Bakı Dövlət Universiteti (BDU) və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (İƏTGF) Avrasiya Regional Mərkəzi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Memorandumu BDU-nun rektoru Elçin Babayev və İƏTGF Avrasiya Regional Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əsgərov imzalayıblar.
BDU-dan Crossmedia.az-a bildirilib ki, imzalanma mərasimində Azərbaycanda həyata keçirilən gənclər və təhsil siyasəti, milli-mənəvi dəyərlərin qorunması, BDU-nun bu prosesdə rolu barədə məlumat verilib, İƏT, eləcə də bu quruma bağlı olan İƏTGF və onun Bakıda beynəlxalq təşkilat kimi diplomatik statusla fəaliyyət göstərən Avrasiya Regional Mərkəzinin gənclərin inkişafı ilə bağlı həyata keçirdiyi layihələrdən bəhs edilib.
22:24 11.07.2025
Oxunuş sayı: 784