Beynəlxalq səyyahlar qrupu Laçında "Hoçazfilm" kinostudiyasını ziyarət edib

MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun üzvləri Azərbaycanın azad edilmiş ərazilərinə səfəri çərçivəsində Laçın rayonunda "Hoçazfilm" kinostudiyasını ziyarət ediblər.
Crossmedia.az-ın məlumatına görə səfər zamanı iştirakçılar studiyanın ərazisində yaradılmış şəraitlə, o cümlədən çəkiliş pavilyonu və inzibati binalarla tanış olublar.
Qonaqlara, həmçinin studiya barədə məlumat verilib. Bildirilib ki, bu studiya Qarabağ və Şərqi Zəngəzurun işğal və müharibədən sonrakı dövrlərini işıqlandıran regional audiovizual mərkəz kimi fəaliyyət göstərir. (Report)
16:08 11.07.2025
Oxunuş sayı: 776