Rusiya ilə Azərbaycan arasında gərginlik artır: Zəngəzur dəhlizi üzərindən regional qarşıdurma riski

Rusiya ilə Azərbaycan arasında artan gərginlik regionda sabitliyi təhdid edir. Bu gərginliyin artması, bütün regionu əhatə edə biləcək mümkün bir qarşıdurma riskini yaradır.
Crossmedia.az “Forbs” nəşrinə istinadən bildirir ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə gizli bir münaqişə səbəbi var. Nəşr hesab edir ki, bu, Moskvanın Zəngəzur dəhlizindən kənarda saxlanılması ilə əlaqəli olan geosiyasi fikir ayrılığının tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Digər ehtimal isə, uzun illərdir düşmən olan Azərbaycan və Ermənistan arasında gözlənilməz yaxınlaşmadır. ABŞ-nin Zəngəzur dəhlizində, yəni Ermənistandan keçən hissəsində, Rusiya təsirindən qorunmaq məqsədilə amerikalı şirkətin nəzarətini təklif etməsi də bu prosesin bir hissəsi kimi göstərilir.
Hazırda Türkiyə regionda Rusiyanı sıxışdıraraq, təhlükəsizlik zəmanətçisi və hərbi müşavir kimi ön plana çıxıb. Türkiyənin Azərbaycandakı geniş hərbi bazası (RMC) da buna sübutdur. Lakin bu yeni güc nizamına qarşı çıxan başqa qüvvələr də var. Yeni yaranan bu ticarət marşrutu vasitəsilə Türkiyənin Yaxın Şərqdə və Şərqi Aralıq dənizində təsirinin artması bir çox tərəfi narahat edir.
İran bu vəziyyətdən narazı olsa da, hal-hazırda daha ciddi daxili və xarici problemlərlə üz-üzədir. Eyni zamanda, İsrail və Yunanıstan da bu prosesin qarşısını almağa çalışacaqlar. Çünki bu pan-türkist güc artımı, onların təsir dairəsinə təzyiq göstərə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərt siyasətlərini bölgəyə ixrac edə bilər.
Fidan Qarayeva
12:23 11.07.2025
Oxunuş sayı: 926