Tanınmış ekspert İran-İsrail savaşını Vətən müharibəsi ilə müqayisə etdi: Oxşar elementlər var

Bu gün Azərbaycan Qazaxıstan arasında “Tərlan - 2025” adlı birgə taktiki-uçuş hərbi təlimləri başlayır. İki gün davam edəcək hazırlıqların əsas məqsədi hərbi qulluqçuların Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində bacarıqlarının inkişaf etdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsidir.
İki ölkə arasında bir çox sahədə olduğu kimi, hərb sahədə də əməkdaşlıq günbəgün inkişaf edir.
Mövcud tendensiya barədə Crossmedia.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov söyləyib ki, sözügedən təlimlər ölkələrin hərbi hava qüvvələrinin peşəkarlıq səviyyəsinin artırılması və qarşılıqlı təcrübə xarakteri daşıyır: "Azərbaycanla Qazaxıstan arasında son vaxtlar siyasi mədəni, iqtisadi sahələrdən əlavə hərbi sahədə də əməkdaşlıq həyata keçirilir. Qazaxıstan-Azərbaycan arasında quruda və suda hərbi təlimlər keçirilmişdi. “Tərlan 2025” təlimi isə uçuş təlimidir. Hansı elementlərin sınaqdan keçirilməsi, hansı ikitərəfli tapşırıqların həyata keçirilməsi barədə təlim gedişində geniş məlumatlar alacayıq. Müasir müharibələr artıq pilotsuz uçuş aparatları ilə aparılır. Azərbaycan da 44 günlük müharibədə pilotsuz uçuş aparatlarından peşəkarcasına istifadə etmişdi. Azərbaycandan sonra da bir sıra dövlətlər müharibələrdə pualardan istifadəyə başladı. Hətta deyə bilərik ki, İsrail-İran müharibəsində 44 günlük müharibə elementləri görünür".
Müsahibimizin fikrincə, Azərbaycan-Qazaxıstan arasındakı bu təlimlərdən hər iki tərəf yüksək səviyyədə faydalanaca: "Bu təlimin məqsədi hərbçilərin pua sahəsində peşəkarlığının artırılması istiqamətində keçirilir. Bu fonda deyə bilərik ki, Azərbaycan PUA sahəsində böyük uğura imza atıb. Hətta bizim Müdafiə Sənayesi Nazirliyi xətti ilə də PUA-lar istehsal edilir. Bu texnikalar həm kəşfiyyat, həm də zərbə məqsədlidir. Düşünürəm ki, Qazaxıstan hərbçiləri bütün bunları nəzərə alaraq həm öz peşəkarlığını artıracaq, həm də təcrübə əldə edəcəklər”.
Ayhan
13:44 08.07.2025
Oxunuş sayı: 892