️Mixail Qusman: "Heydər Əliyevin "xalqımı xilas etmişəm" deməyə mənəvi haqqı çatırdı"

TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bəyan edib ki, onun müsahibə aldığı ölkə başçıları arasında yalnız ikisinin öz xalqını xilas etməsi barədə deməyə mənəvi haqqı çatıb ki, bunlardan biri də Heydər Əliyevdir.
Crossmedia.az xəbər verir ki, Bakıda “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfransın panel sessiyasında çıxış edən M.Qusman qeyd edib ki, indiyə qədər 500-dən çox dövlət və hökumət başçıları ilə müsahibələri olub:
“Mənim 500-dən çox dövlət və hökumət başçısı ilə müsahibələrim olub. Ancaq həmin müsahiblərdən yalnız ikisinin mənəvi haqqı çatırdı ki, özü barəsində desin: "mən xalqımı xilas etmişəm". Onlardan biri Heydər Əliyev idi”.
13:00 08.07.2025
Oxunuş sayı: 895