DİM: Bu il magistraturaya qəbulda yüksək bal toplayanların sayında azalma var

2025-ci ildə keçirilən imtahanlarda, ümumilikdə 26241 bakalavr iştirak edib. Ötən il müvafiq göstərici 24858 nəfər olub. İştirakçıların sayı ötən illə müqayisədə 1383 nəfər daha çox olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bu il bakalavrların yarısının imtahanlarda topladığı bal 48-ə yaxındır (median 47.58). Ötən il isə bu göstərici 49 bala yaxın (median 48.55) idi.
11:10 08.07.2025
Oxunuş sayı: 703