“EU Reporter”: Qarabağ regionu beynəlxalq forumlar üçün meydana çevrilib

İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) qoşulduqdan sonra Azərbaycan özünü, xüsusilə enerji və nəqliyyat sahəsində ən mühüm regional layihələri irəli sürən fəal iştirakçı kimi tanıdıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “EU Reporter”də dərc olunan məqalədə deyilir.
Materialda qeyd olunub ki, Azərbaycan daha əvvəl də ECO sammitlərinə ev sahibliyi edib - 9-cu ECO Zirvə görüşü 2006-cı ilin may ayında, 12-ci Zirvə görüşü isə 2012-ci ilin oktyabrında Bakıda keçirilib. Lakin ən böyük əhəmiyyət qazanan Xankəndidə keçirilmiş 17-ci Zirvə görüşü olub.
"Xankəndidəki sammit xüsusilə Qarabağın reinteqrasiyası və bərpası kontekstində əhəmiyyətlidir. Azad edildikdən sonra Qarabağ regionu mühüm diplomatik görüşlər və beynəlxalq forumlar üçün meydana çevrilib", - müəllif vurğulayıb.
13:45 07.07.2025
Oxunuş sayı: 749