DİN: Ötən gün 64 kiloqramdan artıq narkotik vasitə götürülüb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 1-də ölkə ərazisində narkotiklərlə mübarizə sahəsində növbəti uğurlu nəticə əldə olunub. Əməliyyat zamanı ümumi çəkisi 64 kiloqramdan artıq narkotik vasitə, 50 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş ümumilikdə 830 kiloqram çəkidə 611 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. Bundan əlavə, yabanı halda bitmiş 2 ton çəkidə 9 min 784 ədəd çətənə kolu da aşkar edilərək məhv edilib.
Crossmedia.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd olunub ki, ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı hüquq-mühafizə orqanlarının qətiyyətli mübarizə tədbirləri ardıcıl şəkildə davam etdirilir
11:48 02.07.2025
Oxunuş sayı: 766