Özbəkistan Prezidenti Azərbaycana yola düşüb

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev 2025-ci il iyulun 2-dən 4-dək Azərbaycana dövlət səfəri edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.
Səfər proqramına əsasən, iyulun 2-3-də Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının ikinci iclası keçiriləcək. Bununla yanaşı, yüksək səviyyəli görüşlər və digər tədbirlər də baş tutacaq. Görüşlər zamanı iki ölkə arasında dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsi məsələləri müzakirə olunacaq. Eyni zamanda, prioritet sahələrdə praktiki əməkdaşlığın və qarşılıqlı fəaliyyətin genişləndirilməsinə xüsusi diqqət yetiriləcək.
Qeyd edək ki, iyulun 4-də Özbəkistan Prezidenti Xankəndi şəhərinə səfər edəcək və burada İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci sammitində iştirak edəcək. Həmçinin forum çərçivəsində iştirakçı ölkələrin liderləri ilə bir sıra ikitərəfli görüşlər keçirilməsi planlaşdırılır.
Fatimə Məmmədova
10:32 02.07.2025
Oxunuş sayı: 1312