AZAL təyyarəsinin vurulması ilə bağlı şok məktub

Anonim kapitan əmrin Rusiya MN-dən gəldiyini bildirir
Crossmedia.az xəbər verir ki, anonim şəkildə dərc edilən məktubda Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin kapitanı təyyarənin vurulması ilə bağlı mühüm məlumatlar açıqlayıb.
Məktubda özünü kapitan Paladıçuk Dmitri Sergeyeviç kimi təqdim edən şəxs bildirir ki, 2024-cü ilin 24-dən 25 dekabr tarixinə qədər Qroznı şəhərində döyüş növbəsində olub və 08:13-də Rusiya Müdafiə Nazirliyinin əmri ilə hədəfə — Azərbaycan təyyarəsinə — atəş açılıb. Kapitanın sözlərinə görə, təyyarə sıx duman səbəbindən optik sistemdə görünməyib, lakin komanda məntəqəsindən hədəfin məhv edilməsi göstərişi alınıb. Atəş iki dəfə açılıb və raketlər təyyarəni zədələyib.
Məktuba əlavə edilmiş video və audioyazıların, eləcə də texniki nasazlıqlara dair sənədlərin də mövcud olduğu bildirilir. Redaksiya bu materialların həqiqiliyini ikiqat yoxladığını və heç bir şübhə doğurmadığını açıqlayıb.
Məktubun orijinallığını tam şəkildə təsdiqləməsə də, onun mövcudluğu və Azərbaycan təyyarəsinin vurulması ilə bağlı istintaq üçün əhəmiyyətli mənbə ola biləcəyi qənaətinə gəlib. Bundan əlavə, məktubda qeyd edilən səsli mesajların üçündə də əmrin verildiyi, atəş açıldığı və nəticədə təyyarənin zədələndiyi dəqiq təsvir olunur.
Redaksiya həmçinin hadisədə iştirak edən hərbi qulluqçuların əlaqə məlumatlarını da əldə etdiyini və bu məlumatların da doğruluğunu təsdiqlədiyini bildirib. (minval.az)
18:48 01.07.2025
Oxunuş sayı: 1098