İran səfiri Mehdi Sobxani təxribatçı iddialarını təkzib etdi

İranın Ermənistandakı səfiri Mehdi Sobxani daha əvvəl səsləndirdiyi təxribat xarakterli iddiaları özü təkzib edib.
Crossmedia.az xəbər verir ki, səfir Ermənistan KİV-lərinə açıqlamasında İsrailə məxsus dronların guya Azərbaycan ərazisindən İrana qarşı istifadə olunması barədə yayılan məlumatları təkzib edib. O bildirib ki, bu iddialarla bağlı hər hansı sübut yoxdur və yalnız media məlumatlarına əsaslanaraq nəticə çıxarmaq düzgün deyil.
Qeyd edək ki, Mehdi Sobxani bir müddət əvvəl İsrailin Azərbaycandan İran ərazisinə hücumlar təşkil etdiyinə dair ittihamlarla çıxış etmişdi. Onun bu bəyanatı Azərbaycan tərəfindən qətiyyətlə rədd edilmiş və əsassız təxribat kimi qiymətləndirilmişdi.
18:42 01.07.2025
Oxunuş sayı: 558