Yekaterinburqda öldürülən azərbaycanlıların nəşləri sabah Vətənə gətiriləcək

Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən öldürülən azərbaycanlıların nəşləri "Ural Hava Yolları" vasitəsilə sabah Vətənə gətiriləcək.
Bu barədə Crossmedia.az xəbər verir.
Hazırda konsulluqda bununla bağlı işlər gedir.
Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlı Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində iki nəfər qətlə yetirilib, 9 nəfər saxlanılıb. Əməliyyat zamanı qətlə yetirilən iki qardaşdan biri - Hüseyn Səfərov Azərbaycan, Ziyəddin Səfərov isə Rusiya vətəndaşıdır. (Report)
18:20 29.06.2025
Oxunuş sayı: 875