Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanda baş verən terror aktı ilə bağlı başsağlığı verib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı XİN sosial şəbəkə hesablarında paylaşım edib.
“İyunun 28-də Şimali Vəziristan bölgəsində azı 13 hərbçinin həyatına son qoyan, mülki şəxslər də daxil olmaqla çoxlu sayda insanın yaralanmasına səbəb olan dəhşətli terror aktından sonra qardaş Pakistan hökumətinə və xalqına, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Biz bu qorxaq terror aktını qətiyyətlə pisləyir və sülh və təhlükəsizliyə ciddi təhdid yaradan terrorizmin bütün formalarına qarşı sarsılmaz mövqeyimizi bir daha bəyan edirik”, - paylaşımda deyilir.
19:28 28.06.2025
Oxunuş sayı: 883