Ölkə ərazisində bir gündə 75 cinayət faktı qeydə alınıb

İyunun 17-də ölkə ərazisində qeydə alınan 75, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Crossmedia.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Axtarışda olduğuna görə ümumilikdə 145, o cümlədən borclu şəxs qismində axtarışda olan 109 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.
11:23 18.06.2025
Oxunuş sayı: 572