İsrail İrana qarşı genişmiqyaslı müharibəyə hazırlaşır: "Azərbaycan hava məkanını bağlamalıdır..." - MÜSAHİBƏ

İsrail iyunun 13-ü gecə saatlarında İrana qarşı "Rising Lion" əməliyyatı keçirib. Hücum nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salami və bir neçə nüvə alimi ölüb. Bundan sonra tərəflər arasında çoxdan gözlənilən genişmiqyaslı müharibə riski daha da artıb. İran qisas alacağını bildirib. Dünya dövlətləri tərəfləri təmkinli olmağa çağırırlar. Hərçənd, bəlkə də, artıq "iş işdən keçib".
Mövcud mənzərə və gələcək perspektivlər barədə BDU-nun professoru, politoloq Əlimusa İbrahimov Crossmedia.az-a müsahibə verib.
- İsrailin İrana hücumları gələcək üçün nələr vəd edir? Yeni genişmiqyaslı müharibə başlaya bilərmi?
- Əslində bu hücum gözlənilən idi. ABŞ belə bir birbaşa toqquşmanın qarşısını almaq istəyirdi və ümid edirdi ki, İsrailə xəbərdarlıqları nəticə verəcək. Lakin ümid etdiyi kimi olmadı. Ümumiyyətlə, Təl- Əviv iki il idi ki, Tehrana qarşı hərbi kampaniya aparırdı. Hazırkı gərginliyin ləngiməsinin bir səbəbi də Vaşinqtonun mövqeyi ilə bağlı idi. Ancaq bu, sonsuza qədər davam etmədi. İsrail HƏMAS-la atəşkəs məsələsində olduğu kimi ynə də Ağ Evi dinləmədi. İndi halda müharibənin genişlənməsi ehtimalı var. Hər şey İranın atacağı addımlardan, o cümlədən ABŞ ilə münasibətlərindən asılı olacaq. Onu da deyim ki, hazırkı vəziyyət ABŞ ilə region ölkələrinin münasibətlərini pisləşdirə bilər. Çünki ABŞ Prezident Donald Tramp mümkün eskalasiyanın qarşısını almaqla bağlı vəd vermişdi.
- ABŞ-nin proseslərə reaksiyası necə olacaq?
-Dediyim kimi, ABŞ bu müharibəni istəmirdi və qarşısını almağı bacarmadı. ABŞ son hücumda birbaa iştirak etməsə də, hansısa formada İsrailə dəstək verməsi mümkündür. Hərçənd Təl- Əviv Vaşiqtonun tammiqyaslı dəstəyinə ümid edirdi. Bu, olmadı. Odur ki, İsrailin hücumu onun istdəyi nəticəni verməyə bilər. Təl- Əviv mümkün qədər çalışır ki, Vaşinqtonu da bu savaşa çəksin. Görünür, İsrail İranla ABŞ arasında nüvə sazişi barədə razılığın əldə olunacağını hiss edib. Məlum olduğu kimi, Yəhudi dövləti buna qarşıdır. Elə buna görə belə demək mümkünsə, “suları buandırdı”. İndi İranın ABŞ-la bağlı davranışları Vaşinqonun mövqeyini müəyyənələşdirəcək. Trampın qərarı hələ ki məlum deyil. ABŞ toqquşmaya qoşulmaqdan ehtiyat edir. Amma hazırkı neytrallığı sona qədər qoruyub- qoruya bilməyəcəyi sual altındadır. Çünki İsrailin hücumlarının növbəti mərhələləri də gözlənilir.
- Məlumata görə, Ağ Evin hücumdan əvvəlcədən xəbəri var idi. ABŞ İsraili dayandıra bilmədi, ya bunu istəmədi?
- ABŞ administrasiyası belə bir hücumu gözləsə də, ümumi detallardan xəbərsiz idi. Əks halda İranla danışıqların növbəti raundunu iyunun 15-nə planlaşdırmazdı. Həm də gərginliyin gözlənildiyi vaxtda danışıqların apaırlması özü də nonsensdir. Sadəcə ABŞ bu açıqlamanı verməklə İsraillə münasibətlərdəki mümkün problemlərin qarşısını almağa çalışdı.
- Türkiyə İsrailə qarşı sərt güc siyasətinə keçə bilərmi?
- Bu variantı, demək olar, istisna edirəm. Türkiyə hazırkı mövqeyini qoruyacaq, diplomatik formada İsrailə təzyiq göstərməyə çalışacaq. Həmçinin Ankara BMT daxilində Təl- Əvivə qarşı müəyyən addımların atılmasına cəhd edə bilər. Amma hərbi müdaxilə variantını inandırıcı hesab etmirəm.
- Azərbaycan bu vəziyyətdə necə davranmalıdır?
- Rəsmi Bakı indiyə qədər hər iki tərəflə olan münasibətini bundna sonra da qorumalıdır. Məlum olduğu kimi, Azərbaycanın hər iki tərəflə nomal əlaqələri var. Ona görə də balansı qorumalı, tərəfə çevrilməməlidir. Eyni zamanda ölkəmiz gələcəkdə vasitəçi də ola, bu təşəbbüslə çıxış edə bilər. Azərbaycan həm də sərhədlərini və hava məkanını gcləndirməlidir. Çünki eskalasiya genişlənəcəyi təqdirsə müəyyən təhlükələr istisna deyil.
- Həm Şərqi Avropada, həm də Yaxın Şərqdəki gərginliklə əlaqədər davam edən qütbləşmə üçüncü dünya müharibəsinə səbəb ola bilərmi?
- Belə olacağını düşünmürəm. Dediyim kimi, ABŞ mümkün qədər çalışır ki, Yaxın Şərqdəki gərginliyi qoşulmasın, “suları durultsun”. Bu özü də üçüncü dünya müharibəsini azaldır. Çünki ABŞ-nin toqquşma tərəfinə çevrilməsi Rusiya və Çinin reaksiyasına səbəb olacaq. Ağ Ev bunu, dolayısı ilə Üçüncü dünya savaşını istəmir.
Kənan Novruzov
15:29 13.06.2025
Oxunuş sayı: 3894