Azərbaycan XİN Hindistana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Hindistana Əhmədbad şəhərində baş verən faciəvi təyyarə qəzası ilə bağlı başsağlığı verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Nazirliyin rəsmi "X" hesabında yazılıb.
"Hindistanın Əhmədbad şəhərində baş verən faciəvi təyyarə qəzasından dərin kədər hissi keçiririk. Hadisədən təsirlənənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk. Hindistana qarşıdakı günlərdə güc və şəfa diləyirik".
15:01 12.06.2025
Oxunuş sayı: 860