Ceyhun Bayramov Keniyanın Milli Assambleyasının sədri ilə görüşüb - YENİLƏNİB



3 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Keniya Respublikasına rəsmi səfəri çərçivəsində Keniya Respublikası Parlamentinin Nümayəndələr Palatasının sədri Moses M. Vetang’ula ilə görüşüb.
Crossmedia.az Azərbaycan XİN-ə istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Keniya münasibətlərinin müxtəlif aspektləri, parlament diplomatiyasının əməkdaşlığımızın inkişafında rolu, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələr müzakirə edilib.
Ölkəmizin Keniya Respublikası ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyi bildirilib.
İkitərəfli münasibətlərimizin parlament ölçüsünün, parlament diplomatiyası vasitəsilə qanunverici orqanlar arasında əlaqələrin gücləndirilməsinin xalqlarımız arasında əlaqə və mübadilələri genişləndirəcəyinə dair inam ifadə olunub.
Görüş zamanı, həmçinin tərəflər iki ölkə arasında müqavilə-hüquq bazasının gücləndirilməsinin yeni perspektivli sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edəcəyini vurğulayıblar.
Ölkəmizin COP29 sədrliyi zamanı iqlim dəyişmələri ilə mübarizə sahəsində qəbul edilmiş qərarların əhəmiyyəti, bununla yanaşı 2026-cı ildə Azərbaycanda keçiriləcək Ümumdünya Şəhər Forumu çərçivəsində əməkdaşlıq məsələləri görüş çərçivəsində nəzərdən keçirilib.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, ölkəmizin bərpa, yenidənqurma, minatəmizləmə və sülh gündəliyi barədə ətraflı məlumatlandırıb.
18:34
XXX
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Keniyaya səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının sədri Moses Vetanq'ula ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı "X" səhifəsində yazıb.
Bildirilib ki, görüş çərçivəsində ikitərəfli münasibətlərin parlamentlər səviyyəsində böyük əhəmiyyət daşıdığı və belə mübadilələrin qarşılıqlı anlaşma, ortaq dəyərlər və uzunmüddətli tərəfdaşlıq üçün yol açdığı vurğulanıb.
22:15 03.06.2025
Oxunuş sayı: 1583