Azərbaycanla ICAO arasında Anlaşma Memorandumu qüvvəyə minib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (International Civil Aviation Organization - ICAO) arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında qanunu imzalayıb.
Crossmedia.az xatırladır ki, sənəd 2023-cü il avqustun 1-də Bakı şəhərində və sentyabrın 8-də Kanadanın Monreal şəhərində imzalanıb.
17:37 03.06.2025
Oxunuş sayı: 1699