Azərbaycan mətbuatı - 150

"Kəşkül" jurnalının əsası Cəlal Ünsizadə tərəfindən 31 yanvar 1883-cü ildə qoyulmuşdur. “Kəşkül”də Aleksey Osipoviç Çernyayevski, Firidun bəy Köçərli, Sultan Məcid Qənizadə, M.F.Axundzadənin oğlu Rəşid Axundzadə, Gülməhəmməd Kəngərli və digər ziyalıların yazı və məqalələri dərc edilmişdir.
“Kəşkül”ün ilk saylarından etibarən “vətənimiz”, “Azərbaycan” kəlmələri tez-tez işlədilmiş, xalqda milli kimlik və milli şüuru formalaşdırmağa istiqamətlənmiş ideoloji xəttin tutulduğu hiss olunmuşdur.
09:43 03.06.2025
Oxunuş sayı: 1503