Türkiyəli mütəxəssis: "Süni intelleklə maraqlanmayanların 2030-cu ildən sonra şansı qalmayacaq"

"Süni intelleklə maraqlanmayanların 2030-cu ildən sonra şansı qalmayacaq".
Crossmedia.az xəbər verir ki, bunu Türkiyənin Süni İntellekt Siyasəti Dərnəyinin rəhbəri Zafer Küçükşabanoğlu Azərbaycan mətbuatının 150 illiyi münasibətilə Azərbaycan və Türkiyə jurnalistlərinin görüşündə deyib.
O bildirib ki, süni intellektdən çəkinmək əvəzinə, onunla maraqlanmaq lazımdır: "Əks halda çox çətin olacaq. 2030-cu ildən sonra kim süni intellektdən öz peşə fəaliyyətində istifadə etməsə, o, uğur qazana bilməyəcək. Azərbaycan və Türkiyə də süni intelleklə bağlı çox iş görməlidir".
Kənan Novruzov
12:02 29.05.2025
Oxunuş sayı: 1211