İrpin meri: "Ukraynanın həqiqi dostu və tərəfdaşı olan azad ölkənin təməli məhz bu gün qoyuldu"

Azərbaycanla Avropa İttifaqı (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri, o cümlədən enerji və nəqliyyat əlaqələri sahələrində əməkdaşlığın dərinləşdirilməsi potensialı üzrə müntəzəm fikir mübadiləsini davam etdirmək barədə razılığa gəliblər.
Ukraynanın Kiyev vilayətinin İrpin şəhərinin meri Oleksandr Markuşın 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib.
Crossmedia.az xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkədə paylaşım edib.
“İrpin Azərbaycanı Respublika Günü münasibətilə təbrik edir!
28 may 1918-ci ildə müstəqil demokratik Azərbaycan Respublikası yaranıb – bu gün İrpin icmasının və bütün Ukraynanın həqiqi dostu və tərəfdaşı olan azad ölkənin təməli məhz bu gün qoyuldu”, – o yazıb.
O, Azərbaycanın dəstəyi ilə şəhərdə akademik Zərifə Əliyeva adına 12 nömrəli lisey bərpa edildiyini və istilik izolyasiyası ilə təmin edildiyini xatırladıb. Bundan başqa, İrpindəki poliklinikanında əsaslı təmir edildiyini qeyd edib.
“Qarşıda Azərbaycanda Prezidenti İlham Əliyevin dəstəyi ilə İrpinin həyatı və inkişafı üçün vacib olan obyektlər də daxil olmaqla yeni layihələr var”, – şəhər meri vurğulayıb.
O, “hörmət, dəstək və sarsılmaz mövqelərinə görə” Azərbaycan rəhbərliyinə, hökumətinə, xalqına və Ukraynadakı səfir Seymur Mərdəliyevə təşəkkürünü bildirib.
“Azadlıq heç vaxt təsadüfi olmur, eləcə də həqiqi dostluq.
Xalqınıza və ölkənizə, eləcə də tərəfdaşlığımıza firavanlıq arzulayıram.
Təbrik edirəm, Azərbaycan!”, – o yazıb., bu barədə Avropa İttifaqının mayın 22-də Brüsseldə keçirilən Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqunun 6-ci iclasının yekunları üzrə yayılan bəyanatında deyilir.
Məlumata görə, tərəflər Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin vəziyyəti, o cümlədən qarşılıqlı maraq doğuran xarici siyasət və təhlükəsizlik məsələləri ətrafında səmimi və konstruktiv fikir mübadiləsi aparıblar. Onlar son yüksək səviyyəli təmasları alqışlayıblar və tərəflərin ikitərəfli münasibətlərdə yeni səhifənin açılmasında maraqlı olduğunu nümayiş etdiriblər.
22:48 28.05.2025
Oxunuş sayı: 1052