Ərdoğan Laçında Səməd Vurğunun "Azərbaycan" şeirini səsləndirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçında 28 May - Müstəqillik Gününə həsr olunan konsertdə çıxışı zamanı Xalq şairi Səməd Vurğunun şeirindən parça səsləndirib.
Crossmedia.az xəbər verir ki, Türkiyə liderinin "Azərbaycan" şeirindəndən səsləndirdiyi iki bəndi təqdim edirik:
"El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana:
Hankı səmtə, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!"
17:03 28.05.2025
Oxunuş sayı: 867