Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib


















Bu dəqiqələrdə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak edirlər.
Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsdilər.
Laçın Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edildi.
Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış oldular.
11:28
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir.
Crossmedia.az xəbər verir ki , açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edir.
Qeyd edək ki, mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır. Hava limanının təməli 2021-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.
Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən uzunluğu 3000, eni isə 45 metr olan uçuş-enmə zolağı inşa edilib. 5578 kvadratmetrlik terminal binası saatda 200 nəfərə xidmət göstərmək imkanına malikdir. Terminalda sərnişinlərin rahatlığı üçün VIP zal, kafeteriyalar, tibbi xidmət sahələri, ofis otaqları, və 150 yerlik avtodayanacaq mövcuddur.
Laçın rayonunun Qorçu kəndinin yaxınlığında dəniz səviyyəsindən 1738 metr hündürlükdə yerləşən hava limanın ümumi ərazi 131.3 hektardan çoxdur. Bu hava limanı postsovet məkanında ən yüksək dağlıq hava limanlarından biri statusunu qazanıb. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə Azərbaycanın beynəlxalq hava limanlarının sayı doqquza çatır.
13:45 28.05.2025
Oxunuş sayı: 2043