Özbəkistan XİN Azərbaycan xalqını 28 May – Müstəqillik Günü ilə bağlı təbrik edib

Özbəkistan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını 28 May – Müstəqillik Günü ilə bağlı təbrik edib.
Crossmedia.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
"Azərbaycan Respublikasındakı bütün dostlarımızı Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirik!", - paylaşımda qeyd olunub.
09:15 28.05.2025
Oxunuş sayı: 970