Ölkə ərazisində bir gündə 56 cinayət faktı qeydə alınıb

Mayın 21-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 43 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Crossmedia.az-a DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,Axtarışda olduğuna görə ümumilikdə 86, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.
Kübra Musayeva
09:51 22.05.2025
Oxunuş sayı: 887