Döyüş hazırlığı üzrə məşqlər keçirilib




Azərbaycan və Serbiya respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün imzalanmış “İkitərəfli hərbi əməkdaşlıq planı”na əsasən, Serbiya Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün döyüş hazırlığı üzrə məşqlər keçirilib.
Bu barədə Crossmedia.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Bildirilib ki, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin mütəxəssisləri tərəfindən keçirilən hazırlıqda döyüş əməliyyatları zamanı müxtəlif silahların tətbiqi, döyüş düzülüşü, irəliləmə texnikası, pilotsuz uçuş aparatları, müşahidə və zərbə dronlarından istifadə qaydaları və üsulları məşq etdirilib.
Təlim çərçivəsində praktiki atışlar icra olunub.
15:57 20.05.2025
Oxunuş sayı: 562