Xüsusi xidmət orqanlarının xüsusi fəaliyyəti: "Cəmiyyət qiymətləndirməlidir"

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən antiterror əməliyyatı nəticəsində beynəlxalq terror təşkilatları ilə əlaqəsi olan bir neçə Azərbaycan vətəndaşı saxlanılıb. Əməliyyat zamanı müəyyən edilib ki, bu şəxslər ölkənin şimal bölgəsində meşə massivində yeraltı sığınacaqlar yaradaraq terror aktlarına hazırlıq görür, silah-sursat və partlayıcı maddələrlə təchiz olunurdular.
DTX-nin məlumatına görə, saxlanılan şəxslər 2024-cü ildə Azərbaycanı tərk edərək Pakistanın Əfqanıstanla sərhədində yerləşən dağlıq ərazilərdə gizlənmiş və orada beynəlxalq terror təşkilatlarının tərkibində döyüş təlimlərində iştirak etmişlər. Əməliyyat nəticəsində bu şəxslər xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətirilmişdir.
Bu, ilk belə hal deyil. DTX əvvəllər də oxşar cəhdlərin qarşısını dəfələrlə alıb. Ölkədə milli təhlükəsizliyin təmin olunmasında xüsusi xidmət orqanları əməkdaşlarının danılmaz rolu var.
Onların fəaliyyəti, həmçinin son hadisə barədə Milli Məclisin deputatı Fazil Mustafa Crossmedia.az-a açıqlama verib:
"Ümumiyyətlə terrora qarşı mübarizədə DTX möhtəşəm işlər görür. İnformasiyası olan şəxslər bilir ki, bu istiqamətdə dövlətin təhlükəsizliyinin qorunması ən yüksək səviyyədə həyata keçirilir. Bu, işin düzgün qurulması ilə bağlı məsələdir".
O, qeyd edib ki, bu məsələlərə daha çox həssaslığla yanaşmadan irəli gəlir və xeyli sayda həm digər radikal qruplaşmalar, həm siyasi məqsədlərlə Azərbaycanda təxribat törətmək istəyən terrorçu qrupların aşkar olunması və həbs olunması artıq kifayət qədər ciddi şəkildə gerçəkləşir: "Bunlarla bağlı fəaliyyət də olduqca çətindir. Çünki bunların “ayağı” təkcə Azərbaycana deyil, daha uzaq ölkərə bağlıdır. Hesab edirəm ki, cəmiyyət DTX-nin bu sahədə olan böyük fəaliyyətini mütləq qiymətləndirməli, təqdirlə qarşılanmalıdır. Çünki xüsusi xidmət orqanlarının əməkdaşlar ölkə prezidentinin onların qarşısına qoyduğu vəzifələridə yüksək səviyyədə icra edirlər. Ölkədə terror təhlükəsinin qarşısının alınması ən prioritet məsələdir. Bu hədəfə uğurla nail olunur".
Selcan Məmmədova
21:52 19.05.2025
Oxunuş sayı: 1199