Mərkəz sədri: "Dövlət hesabına mənzil alan ailələrin sayı son 20 ildə iki dəfə artıb"

"Dövlət hesabına mənzil alan ailələrin sayı son 20 ildə iki dəfə artıb. Dövlət hesabına əhalinin mənzil şəraitinin yaxşılaşdırılması və mənzillərin güzəştlə əldə edilməsi sahəsində görülən tədbirlər nəticəsində dövlət hesabına mənzil alan və yaşayış şəraitini yaxşılaşdıran ailələrin sayı 2000-ci 1758 ailə olduğu halda, 2021-ci ildə 3258 ailəyə çatıb".
Crossmedia.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Bakı şəhərinin mənzil fonduna dair keçirilən elmi-praktik konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatlarına görə, son 10 ildə təkrar qeydiyyat göstəricilərinin sayı 4.5 dəfə artarkən, ilkin qeydiyyat göstəriciləri də 2.9 dəfə artıb: "Əhalinin hər 10.000 nəfərinə düşən mənzillərin sayı MDB ölkələri üzrə xeyli fərqlənir. Ən yüksək göstərici Qazaxıstanda 62 və Belarusda 49 olduğu halda Azərbaycanda müvafiq göstərici 2023-cü ildə 20.8 mənzil təşkil edib. Rəqəmlər arasında fərqin səbəblərindən biri də yaşayış fondlarının qeydiyyatının başa çatmamasıdır".
O həmçinin qeyd edib ki, 2024-cü ildə tikinti müəssisələrində çalışan muzdlu işçilərin sayı 2023-cü illə müqayisədə 3,7 faiz artaraq 117 min nəfər təşkil edib: "Xatırladaq ki, 1995-ci ildə sözügedən rəqəm cəmi 58 min, yəni o dövrün ÜDM-nin 1.5 faizini təşkil edirdi".
Həmayıl Şükürlü
14:44 19.05.2025
Oxunuş sayı: 622