Prezidentin köməkçisi: Cənubi Qafqazda de-fakto sülh var

Cənubi Qafqaz regionunda de-fakto sülh var.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
“Ermənistanla münasibətlərin normallaşdırılması xüsusunda sülh müqaviləsinin əsasını təşkil edən beş prinsiplər və hətta bu sənədin mətni də Bakı tərəfindən, Azərbaycan tərəfindən tərtib olunaraq Ermənistan tərəfinə təqdim edilib. Bu, Azərbaycanın regional sülh gündəliyinə nə qədər sadiq olduğu, nə qədər dəstəklədiyinin növbəti bariz təcəssümüdür”, – o bildirib.
Eyni zamanda, o, Bakı və İrəvan arasında sülh müqaviləsi mətni üzrə işin yekunlaşdığını xatırladıb:
“Müsbət bir haldır ki, sülh müqaviləsinin mətni yekunlaşıb. Amma bununla bərabər, Ermənistanla ikitərəfli əsaslarda olan açıq məsələlər var. Biz düşünürük ki, Ermənistan konstitusion əsasda Azərbaycana qarşı bütün ərazi iddialarına son qoymalıdır ki, regionda davamlı, qəti sülhə biz nail olaq”.
Onun fikrincə, hazırda Cənubi Qafqaz regionunda sülh üçün əlverişli şərtlər formalaşıb:
“Amma məmnunluqla deyə bilərik ki, Azərbaycanla Ermənistanın müstəqilliyini əldə etməsindən bu yana bu gün regionda sülh üçün ideal şərait yaranıb. Həqiqətən, regionda sülh var, sabitlik var. Hətta deyə bilərik ki, de-fakto regionda sülh var. Bunun hüquqi çərçivəyə salınması istiqamətində də Azərbaycan öz üzərinə düşəni edəcəkdir ki, regionda tam şəkildə qəti sülh bərqərar olsun”.
16:50 18.05.2025
Oxunuş sayı: 756