Prezident İlham Əliyevin nəvəsi dünya çempionu oldu

Azərbaycan idmançısı Əminə Əliyeva İtaliyanın Peruca şəhərində keçirilən kunq-fu üzrə dünya çempionatında çempion olub.
Crossmedia.az-ın məlumatına görə foto və videoları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva öz İnstaqram səhifəsində paylaşıb.
11 yaşlı idmançı yüngül sanda növündə rəqibləri üzərində inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
16:43 18.05.2025
Oxunuş sayı: 1294