İlham Əliyev: Tokayevin rəhbərliyi altında Qazaxıstanın beynəlxalq səviyyədə nüfuzu artıb

"Kasım-Jomart Tokayevin rəhbərliyi altında Qazaxıstan dayanıqlı inkişafdadır".
Crossmedia.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə ad günü münasibətilə zəng edərkən deyib.
Prezident İlham Əliyev Qazaxıstanın beynəlxalq səviyyədə nüfuzunun artdığını da vurğulayıb.
Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.
13:05 17.05.2025
Oxunuş sayı: 785