BDU-nun Jurnalistika fakültəsində beynəlxalq elmi seminarın 3-cü günü

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində beynəlxalq elmi seminarın 3-cü günüdür. Tədbirdə Türkiyənin Üsküdar Universitetinin nümayəndələri, BDU-nun Jurnalistika fakültəsinin dekanı dosent Vüqar Əliyev, Milli Mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, eləcə də fakültənin professor-müəllim heyəti iştirak ediblər.
Crossmedia.az xəbər verir ki, Seminarın açılışını Milli Mətbuat tarixi kafedrasının dosenti Aygün Əzimova edib. O, tədbir iştirakçılarına fakültə tələbələrinin hazırladığı uşaq mətbuatı jurnalı "Günəbaxan"ı və professor Cahangir Məmmədlinin "Altmışıncılar nəsrinin poetikası" adlı kitabını təqdim edib.
Tədbir çərçivəsində Jurnalistika fakültəsinin tələbələri çıxış edərək XX əsr Azərbaycan mətbuat orqanlarının tarixi və əhəmiyyəti haqqında qonaqlara ətraflı məlumat veriblər.
Seminar qarşılıqlı fikir mübadiləsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətli platforma olub.
Ayhan Ağarzayev
11:13 16.05.2025
Oxunuş sayı: 870