Deputat: "Ulu Öndər təhsilin strateji əhəmiyyətini həmişə qiymətləndirib"

"Ümumilli Lider Heydər Əliyevin Azərbaycan müstəqilliyinin möhkəmləndirilməsində və müxtəlif sahələrin inkişafında misilsiz xidmətləri olub".
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qaya Məmmədov Qərbi Kaspi Universitetində keçirilən Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həst olunmuş gənc tədqiqatçıların "Qlobal çağırışlar və perspektivlər" mövzusunda Respublika elmi- praktik konfransında çıxışında deyib.
O bildirib ki, Ümummilli Lider həmişə təhsilin, elmin inkişafına önəm verib və onun strateji əhəmiyyətini qiymətləndirib.
Konfransın adına toxunan parlamentari qeyd edib ki, bu gün dünyada əsas çağırışlar elmi texniki yeniliklərlə bağlıdır.
Kənan Novruzov
11:31 14.05.2025
Oxunuş sayı: 739