Azərbaycan mədəniyyəti UNESCO-da nümayiş olundu

Azərbaycanın UNESCO-dakı Daimi Nümayəndəliyi təşkilatın Parisdəki mənzil-qərargahında keçirilən Frankofoniya (frankdilli ölkələr) bayram tədbirlərinə qatılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Daimi Nümayəndəliyin "X" səhifəsindəki paylaşımda bildirilir.
Paylaşımda deyilir ki, tədbirdə Azərbaycanın mədəni irsi nümayiş etdirilib.
"Musiqiçilər Ağarəhim Quliyev (fleyta) və Laura Volpato (violonçel) məşhur “Ay Laçın” və “Küçələrə su səpmişəm” mahnılarını ifa ediblər. Azərbaycan musiqisi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb", - məlumatda qeyd edilir.
21:56 13.05.2025
Oxunuş sayı: 739