Ümummilli Lider Heydər Əliyev faktoru xalqımızın suverenlik və müstəqillik arzularının gerçəkləşdirilməsində həlledici amil olub

İstər XX əsrin əvvəlləri, istərsə də sonunda Azərbaycan öz müstəqilliyinə qovuşmaq imkanı qazandığı dönəmlərdə cərəyan edən proseslər göstərdi ki, bir dövlət üçün müstəqillik və suverenlik yolunda həlledici amillərdən biri də real şəraiti düzgün qiymətləndirməyi, dövlətin bütün resurslarını vahid məqsəd uğrunda səfərbər etməyi bacaran, geniş dünyagörüşlü, möhkəm əqidəli, həyatın çətin sınaqlarından çıxmış, ölkəsinə və xalqına bağlı olan, vətənpərvər və güclü liderin mövcudluğudur.
Crossmedia.az xəbər verir ki, bu fikir Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin “Konstitusiya və suverenlik: Heydər Əliyev siyasi irsinin təməl sütunları” adlı məqaləsində yer alıb.
“Buna görə də 1980-ci illərin sonları – 1990-cı illərin əvvəllərində Azərbaycan yenidən müstəqilliyinə qovuşmaq fürsəti əldə edərkən, məhz Ümummilli Lider Heydər Əliyev faktoru xalqımızın suverenlik və müstəqillik arzularının gerçəkləşdirilməsində həlledici amil olmuşdur”, - deyə Samir Nuriyev vurğulayıb.
13:33 10.05.2025
Oxunuş sayı: 661