Azərbaycan və İraq XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib



Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İraqın xarici işlər naziri Fuad Hüseyn arasında geniş tərkibdə görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, görüşdə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və kommunikasiyalar, elm, mədəniyyət, təhsil və turizm kimi əsas sektorlara xüsusi diqqət yetirilib, ikitərəfli və çoxtərəfli tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar müzakirə edilib.
Daha geniş regional və qlobal hadisələr nəzərdən keçirilib, hər iki tərəf qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələlərinə dair perspektivləri bölüşüb.
Ceyhun Bayramov münaqişədən sonrakı regional vəziyyət, yenidənqurma, minalardan təmizləmə və sülh səyləri, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesi qarşısında mövcud problemlər barədə qarşı tərəfə məlumat verib.
13:04 07.05.2025
Oxunuş sayı: 1395