Xocalı və Ağdərənin bir sıra kəndlərində fərdi yaşayış evlərinin təmirinə başlanılır

Azərbaycanın azad olunmuş ərazilərdən bərpa, quruculuq və abadlıq işləri uğurla davam etdirilməkdədir.
Crossmedia.az-ın məlumatına görə, bu işlərin davamı kimi Xocalı və Ağdərə rayonlarında da müvafiq işlərə start verilir.
Belə ki, Xocalı rayonunun Daşbulaq, Xanabad, Naxçıvanlı, Seyidbəyli və Ağdərə rayonu Dəmirli, Heyvalı, Aşağı Oratağ, Çapar kəndlərində fərdi yaşayış evləri təmir olunacaq.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində artıq bununla bağlı müvafiq işlərə yekun vurulub.
Qurum sözügedən ərazilərdə fərdi yaşayış evlərinin cari təmiri ilə bağlı layihələndirilmə işlərini “Monotech AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 481 369 manat ödənilib.
11:54 07.05.2025
Oxunuş sayı: 888