Tədbir zamanı Hollandiya və Polşa baş nazirləri fişəng hücumuna məruz qalıb

Hollandiya və Polşanın baş nazirləri Dik Şof və Donald Tusk Hollandiyanın alman işğalından azad edilməsinin ildönümünə həsr olunmuş tədbirdə insidentlə üzləşiblər. Vaqeninqen şəhərində keçirilən mərasim zamanı naməlum şəxs səhnəyə tüstü fişəngi atıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, adisə baş nazirlərin səhnədə dayandığı an baş verib. Hücum nəticəsində xəsarət alan olmayıb, lakin tədbirə bir müddət ara verilib. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.
Tədbirdən əvvəl də Niderlandın müdafiə naziri Ruben Brekelmansın çıxışı zamanı izdiham arasında Fələstin tərəfdarı şüarlar səsləndirilib. Nəticədə bir neçə aksiya iştirakçısı polis tərəfindən saxlanılıb.
Rəsmilər təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildiriblər.
Mədinə Cəlilova
20:30 05.05.2025
Oxunuş sayı: 843