"Kadr Bank qeydiyyatından 3109 nəfər qeydiyyatdan keçib" - Fərhad Hacıyev

“Yüksəliş” müsabiqəsi tərəfindən yaradılan Kadr Bankında 3109 nəfər var.
Crossmedia.az xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev Kadr Bankının təqdimatında deyib. O, Kadr Bankının məqsədi, strukturu və əhəmiyyəti barədə ətraflı məlumat verib. F.Hacıyev, təlimin əsas məqsədinin insan resursları üzrə rəhbərlərinə Kadr Bankından səmərəli istifadə yollarını öyrətmək olduğunu vurğulayıb: "Kadr Bankı"nda artıq 3109 nəfər qeydiyyatdan keçib ki, qeydiyyatdan keçənlərdən 60 nəfər HR direktorudur. Həmçinin dataya 45 qurum daxil edilib".
Daha sonra “Yüksəliş” müsabiqəsinin İşçi Qrupu tərəfindən Kadr Bankı platformasının imkanları, funksionallığı və texniki aspektləri üzrə əyani təlim keçirilib. Təlim iştirakçıları platforma üzərindən məlumat axtarışı, namizədlərin profillərinin dəyərləndirilməsi və ehtiyaclara uyğun kadr seçimi kimi vacib proseslərlə tanış edilib.
Ayhan Ağarzayev
10:32 05.05.2025
Oxunuş sayı: 1592