Şimali Kiprin adı dəyişdirilə bilər: Ersin Tatardan yeni siqnal

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) adı ilə bağlı dəyişiklik müzakirəyə çıxarılıb. ŞKTC Prezidenti Ersin Tatar bu ehtimalı açıq şəkildə dilə gətirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Ersin Tatar, jurnalist Hilmi Daşdemirə verdiyi müsahibədə Şimali Kipr Türk Cümhuriyyəti adının gələcəkdə dəyişdirilə biləcəyini deyib. Onun sözlərinə görə, “Kipr Türk Cümhuriyyəti” adı daha uyğun və sadə alternativ kimi nəzərdən keçirilə bilər.
Tatar bu fikri Kipr türklərinin dövlətçilik iradəsinin daha qəti şəkildə ifadə olunması baxımından gündəmə gətirdiyini bildirib. O vurğulayıb ki, ad dəyişikliyi məsələsi hazırda rəsmi gündəmdə olmasa da, bu cür təkliflər gələcəkdə ciddi şəkildə müzakirə oluna bilər.
Məsələ ilə bağlı rəsmi qərar verilməsə də, bu açıqlama Şimali Kiprin statusu və beynəlxalq tanınma ilə bağlı yeni diplomatik addımların ola biləcəyi ehtimalını gücləndirib.
Mədinə Cəlilova
21:55 01.05.2025
Oxunuş sayı: 696