Ceyhun Bayramov Küveytin vəliəhd şahzadəsi ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveytə rəsmi səfəri zamanı Vəliəhd Şeyx Sabah Xalid Əl-Həməd Əl-Mübarək Əl-Sabah ilə görüşüb.
Crossmedia.az xəbər verir ki , bu barədə nazirlik "X" sosial media hesabında paylaşım edib.
Bildirilib ki, tərəflər Azərbaycan və Küveyt arasında ikitərəfli və çoxtərəfli əlaqələrin gücləndirilməsini, eləcə də müxtəlif sektorlar üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Hər iki tərəf xüsusilə iqtisadi inkişaf, ticarət, investisiya, enerji təhlükəsizliyi və turizm kimi sahələrdə əməkdaşlıq üçün mövcud imkanlardan tam istifadənin vacibliyini vurğulayıblar.
Həmçinin bu əlaqələrin daha da dərinləşməsində Əməkdaşlıq üzrə Birgə Komissiyanın mühüm rolu qeyd olunub.
Bundan əlavə, Ceyhun Bayramov Cənubi Qafqazda baş verən hadisələr, xüsusilə də Azərbaycanın münaqişədən sonra Qarabağdakı bərpa işləri və sülh səyləri ilə bağlı son məlumatları Şeyx Sabah Xalid Əl-Həməd Əl-Mübarək Əl-Sabahın diqqətinə çatdırıb.
14:39 30.04.2025
Oxunuş sayı: 863