İran xarici işlər nazirinin müavini Bakıya gəlir

İran xarici işlər nazirinin müavini və XİN-in Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Səid Xətibzadə bu həftə Azərbaycana səfər edəcək.
Bu barədə Crossmedia.az məlumatlı mənbəyə istinadən məlumat verir.
Məlumata görə, iranlı nazir müavini Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin dəvəti əsasında Bakıya səfər edəcək. Səfər çərçivəsində bir sıra görüşlər nəzərdə tutulub.
Xətibzadə mərkəzin ixtisaslaşdırılmış panellərində iştirak edəcək.
13:55 30.04.2025
Oxunuş sayı: 796