Qlobal Cənub QHT Platformasının Təsis Forumunun ikinci günü başlayıb

Qlobal Cənub QHT Platformasının Təsis Forumunun ikinci günündə D-8 ölkələrini təmsil edən qeyri-hökumət təşkilatlarının Bakı görüşü keçirilir.
Crossmedia.az xəbər verir ki, görüşdə Qlobal Cənubu təmsil edən qeyri-hökumət qurumlarının rəhbərləri və nümayəndələri iştirak edir.
Qeyd edək ki, aprelin 28-dən başlayan tədbir Bakıda dünya əhalisinin təxminən 80%-ə yaxın hissəsini eləcə də 116 ölkədən nüfuzlu QHT rəhbərlərini və vətəndaş cəmiyyəti təmsilçilərini özündə birləşdirir.
Konfrans Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə hesab olunur.
10:36 29.04.2025
Oxunuş sayı: 844