Sinirlioğlu: ATƏT təhlükəsizliyi hərbi yolla deyil, qarşılıqlı diplomatiya ilə təmin etməyə çalışır

ATƏT təhlükəsizliyi hərbi yolla deyil, qarşılıqlı diplomatiya yolu ilə təmin etməyə çalışır.
Crossmedia.az xəbər verir ki, bunu ATƏT-in baş katibi Feridun Sinirlioğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib.
O qeyd edib ki, ATƏT hər sahədə konsepsiyaya uyğun addım atır:
“Bizim təməlimiz prinsiplər əsasında qurulub. ATƏT hərbi təşkilat deyil, təhlükəsizlik təşkilatıdır və biz təhlükəsizliyi qarşılıqlı diplomatiya yolu ilə təmin etməyə çalışırıq. ATƏT-in məqsədi silahlara nəzarət və silahsızlaşdırma olub. Onlar təşkilatın təməlini təşkil edir”.
18:52 25.04.2025
Oxunuş sayı: 891