Azərbaycan səfirliyi İslamabadda "Yaz Festivalı 2025" tədbirində iştirak edib

Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin nüfuzlu universitetlərindən biri olan Müasir Dillər Universitetinin (NUML) İslamabad şəhərində təşkil etdiyi "Yaz Festivalı 2025" adlı tədbirə qatılıb.
Crossmedia.az səfirliyə istinadən məlumat verir ki , bu münasibətlə festivalda Azərbaycan stendi quraşdırılıb.
Stenddə Azərbaycanın milli yeməkləri və desertlərindən ibarət müxtəlif kulinariya nümunələri, həmçinin Azərbaycan tarixinə və mədəniyyətinə aid suvenirlər təqdim olunub.
14:50 21.04.2025
Oxunuş sayı: 560