2025-ci il üçün Elm Fonduna təqdim olunan ərizələrin STATİSTİKASI

Azərbaycan Elm Fondu 2025-ci ildə elan olunmuş ilin Əsas qrant müsabiqəsi, Gənc Alim və Tədqiqatçıların 9-cu qrant müsabiqəsi, Qarabağ-Azərbaycandır!-3 müsabiqəsi və 14-cü “Mobillik qrantı” müsabiqələri çərçivəsində təqdim olunmuş layihələrin texniki ekspertizasına start verir. Təhsil sistemindəki təşkilatlar və digər qurumlar tərəfindən təqdim edilmiş bu tip proqram layihələrinin böyük maliyyə həcmli qrantlar (300 min manatadək) yolu ilə maliyyələşdirilməsində əsas məqsəd elmi-tədqiqat müəssisələrinin, bölmə və mərkəzlərinin və elmlə əlaqəli digər qurumların elmi fəaliyyətini stimullaşdırması, müxtəlif elm sahələrində yerinə yetirilən elmi-tədqiqat işlərinin (xüsusi olaraq multidissiplinar araşdırmaların) dəstəklənməsi, maddi-texniki təminatının müasir tələblərə cavab verən səviyyədə yenilənməsi, qısa müddət ərzində rəqabət apara biləcək elmi nəticələrin alınmasına şərait yaradılması, müasir elmi-tədqiqat qrupları, laboratoriyaları, mərkəzlərinin (o cümlədən, beynəlxalq əməkdaşlıq çərçivəsində) yaradılması və ya təkmilləşdirilməsidir. Layihələrdə maliyyə və maddi-texniki təminatla (cihazlar, qurğular və avadanlıqlar) yanaşı, paralel olaraq ezamiyyətlər yolu ilə elmi kadr hazırlığı da nəzərdə tutulub.
Aşağıda müsabiqələr üçün təqdim olunmuş ərizələrin statistikası verilir.
s/n |
Müsabiqənin adı |
Fizika-riyaziyyat və texnika elmləri |
Yer haqqında elmlər |
Biologiya, tibb və aqrar elmləri |
Kimya elmləri |
Humanitar və ictimai elmlər |
Ümumi |
1 |
Əsas qrant müsabiqəsi-2025 |
41 |
12 |
22 |
16 |
10 |
101 |
2 |
Gənc Alim və Tədqiqatçıların 9-cu qrant müsabiqəsi |
8 |
1 |
8 |
4 |
4 |
25 |
3 |
Qarabağ-Azərbaycandır!-3 |
1 |
2 |
4 |
3 |
16 |
26 |
4 |
14-cü
Mobillik qrantı |
1 |
- |
5 |
8 |
1 |
15 |
Ümumi |
51 |
15 |
39 |
31 |
31 |
167 |
İlin Əsas qrant müsabiqəsinə ümumilikdə 711 alimi əhatə edən 101 ərizə təqdim olunub.
Gənc Alim və Tədqiqatçıların 9-cu qrant müsabiqəsinə ümumilikdə 99 alimi əhatə edən 25 ərizə təqdim olunub.
Qarabağ-Azərbaycandır!-3 qrant müsabiqəsinə ümumilikdə 159 alimi əhatə edən 26 ərizə təqdim olunub.
14-cü Mobillik qrantı müsabiqəsinə ümumilikdə 15 alimi əhatə edən 15 ərizə təqdim olunub.
Ümumi olaraq 2025-ci ildə ümumilikdə 984 alimi əhatə edən 167 ərizə təqdim olunub.
12:55 16.04.2025
Oxunuş sayı: 1317